...

İşğaldan azad olunmuş ərazilərə ayrılan vəsaitin auditi üzrə əsas nəticələr açıqlanıb

Cəmiyyət Materials 25 Aprel 2023 14:51 (UTC +04:00)
İşğaldan azad olunmuş ərazilərə ayrılan vəsaitin auditi üzrə əsas nəticələr açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il azad olmuş ərazilərdə dörd uyğunluq auditi aparılıb ki, bunun biri preaudit formasında, başqa sözlə fiziki işlər tamamlanmamışdan əvvəl həyata keçirilib.

Trend-in məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən iclasında Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında Hesabatı təqdim edərkən deyib.

O qeyd edib ki, iki auditin nəticəsində 1,4 mln. manat vəsait bərpa edilib, bir audit üzrə isə görülən işlər tam və doğru sənədləşdirilmədiyi üçün təxirə salınıb.

“Preaudit yolların çəkilişi ilə bağlı ayrılan xərcləri əhatə etmişdir. Layihə, smeta, ekspertiza, torpaqayırma, iş həcmi cədvəli və digər sənədlər paralel aparıldığından və bir-biri ilə uzlaşmadığından Hesablama Palatasının Kollegiyası auditin nəticəsi olaraq bu sənədlərin yenidən işlənilməsi ilə bağlı audit obyektinə öz qərarını göndərib”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti