...

Elnur Rzayev Türkiyədən müalicədən qayıdan qazini evində ziyarət edib (FOTO)

Cəmiyyət Materials 27 Aprel 2023 18:11 (UTC +04:00)
Elnur Rzayev Türkiyədən müalicədən qayıdan qazini evində ziyarət edib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Rayon Polis şöbəsinin rəisi Həmid Həsənovla birlikdə Türkiyədən müalicədən qayıdan qazi Şirin Ramizovu Həbibkənd kəndində yaşadığı evdə ziyarət edib.

Xaçmaz RİH-dən Trend-ə verilən məlumata görə, Elnur Rzayev müalicəsini ev şəraitində davam etdirən yaralımızın səhhəti və qayğıları ilə maraqlanıb.

Görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, bu qələbədə Silahlı Qüvvələrimizin, onun sıralarında döyüşən xaçmazlı əsgər və zabitlərin şücaətindən, habelə bu gün ölkəmizdə şəhid ailələrinə və qazilərə, eləcə də döyüşçülərə göstərilən dövlət qayğısından danışılıb.

Şirin Ramizov və valideynləri şəhid ailələrinə, qazilərə, Vətən Müharibəsi iştirakçılarına daim göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Şirin Telman oğlu Ramizov döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti