...

Edillidə tapılan sümük qalıqlarının kriminalistik müayinəsi bitmək üzrədir

Cəmiyyət Materials 24 May 2023 13:33 (UTC +04:00)
Edillidə tapılan sümük qalıqlarının kriminalistik müayinəsi bitmək üzrədir

Trend-i buradan izləyin

Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Edilli ərazisindən tapılan sümük qalıqlarının kriminalistik müayinəsi bitmək üzrədir.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tibbi Kriminalistika şöbəsinin rəisi Nuranə Hüseynova jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həmin sümük qalıqlarının kriminalistik müayinəsi zamanı torpaqda qalma müddəti müəyyən ediləcək:

“Onlar ultrabənövşəyi şüalarla şüalandırılacaq. Daha sonra DNT nümunələri götürülərək müvafiq şəkildə təqdim ediləcək. Qarşımızda duran vacib məsələlərdən biri onların şəxsiyyətinin müəyyənləşdirilməsi və yaxın qohumlarına təhvil verilməsidir”.

Xəbər lenti

Xəbər lenti