...

Heydər Əliyev Beynəlxalq Aeroportu Bakıdan Tehrana uçuşların təxirə salınmasını təkzib edib

Cəmiyyət Materials 5 İyun 2023 01:02 (UTC +04:00)
Heydər Əliyev Beynəlxalq Aeroportu Bakıdan Tehrana uçuşların təxirə salınmasını təkzib edib

Bakı. Trend:

Heydər Əliyev Beynəlxalq Aeroportu Bakıdan Tehrana uçuşların təxirə salınması ilə bağlı məlumatları təkzib edib.

"İrana uçuşlar adi qaydada həyata keçirilir", - deyə Trend-ə aeroportdan bildiriblər.

Qeyd edək ki, bundan əvvəl bir sıra İran KİV-ləri guya Azərbaycandan İrana bütün uçuşların təxirə salınması ilə bağlı məlumatlar yayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti