...

Çimərliklərə gedəcək əhaliyə müraciət edildi

Cəmiyyət Materials 14 İyun 2023 16:23 (UTC +04:00)
Çimərliklərə gedəcək əhaliyə müraciət edildi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Yayda çimərliklər ən çox gedilən istirahət mərkəzi sayılır. Sabahdan Azərbaycanda çimərlik mövsümü başlayır. Təəssüflər olsun ki, hər il yay mövsümündə bir çox insanın boğulma xəbərini eşidirik.

Məsələ ilə bağlı Trend-ə açıqlamasında FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili bildirib ki, hər hansı çimərlikdə xilasedicilər və xilasetmə texnikaları yoxdursa bu həmin ərazilərdə təhlükəsizlik tədbirlərinin görülmədiyini bildirir.

"Nəzarət olunan çimərliklərdə isə nəzərdə tutulmamış ərazilərdə çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq, suda kobud hərəkətlər etmək qadağandır.

Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir, eyni zamanda qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir."

Şöbə rəisi bildirib ki, çimərliklərdə istirahət saatı 9:00-dan 20: 00-dək daha təhlükəsizdir.

"Hər hansı təhlükə yaranarsa 112-yə zəng edin",- deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti