...

“Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək

Cəmiyyət Materials 16 İyun 2023 14:34 (UTC +04:00)
“Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 17-18 iyun tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, yarmarkanın təşkil olunmasında əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, mövsümi və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.

Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada müxtəlif regionlardan dəvət olunan fermerlər yerli kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.

Satışa çıxarılan məhsulların kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar laboratoriyanın xidmətlərindən faydalana bilərlər.

Qeyd edək ki, fermerlər yarmarkada tamamilə ödənişsiz şəkildə iştirak edəcəklər. Onlar piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla təmin olunacaqlar. Həmçinin, məhsullarının daşınmasında çətinlik çəkən fermerlərə loqistik dəstək göstərilərək məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvanlara qədər daşınacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti