Bakı. Trend:
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin təşəbbüsü ilə növbəti xeyriyyə aksiyası keçirilib.
Trend xəbər verir ki, aksiya zamanı Saatlı rayonu üzrə 300 ailəyə müxtəlif ərzaq məhsullarından ibarət yardımlar təqdim olunub. Korporasiyanın nümayəndələri torpaqlarımızın bütövlüyü uğrunda həlak olan igid Vətən oğullarımızın doğmalarına, qəhrəman qazilərimizə və aztəminatlı ailələrə baş çəkərək, onlara gündəlik ərzaq tələbatlarından ibarət paylar təqdim ediblər.
Yardım təqdim olunan ailələr dövlətimiz tərəfindən daim diqqət mərkəzində olduqlarını bildirərək onlara göstərilən qayğı və dəstəyə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.