...

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Silahlı Qüvvələr Günü qeyd olunub

Cəmiyyət Materials 26 İyun 2023 16:56 (UTC +04:00)
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Silahlı Qüvvələr Günü qeyd olunub

Bakı. Trend:

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 26 iyun Silahlı Qüvvələr Günü qeyd olunub.

Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, dövlətimizin ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Silahlı Qüvvələr Günü münasibəti ilə bütün hərbçiləri, eləcə də veteranları təbrik edib, ordumuzun 44 günlük Vətən müharibəsindəki qalibiyyətinə diqqət çəkib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunda həyata keçirilən islahatlara toxunub, görülən işlərin önəmini qeyd edib. Polkovnik bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra da Silahlı Qüvvələrimizin döyüş hazırlığının, maddi-texniki təchizatının artırılması prosesi davam edir ki, bu da dövlətimizin və xalqımızın təhlükəsizliyinin təmini baxımından həyati əhəmiyyətə malikdir.

Daha sonra bir qrup 44 günlük Vətən müharibəsi qazisinə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvlük vəsiqəsi təqdim olunub, veteranlar üçün bayram süfrəsi təşkil edilib.

Bayram tədbiri Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşlarının ifa etdiyi vətənpərvərlik mahnıları ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti