...

Memarlar İttifaqının Nümayəndə Heyəti Ümumdünya Memarları Konqresində və Baş Assambleyanın iclasında iştirak edib (FOTO)

Cəmiyyət Materials 11 İyul 2023 14:39 (UTC +04:00)

Bakı. Trend:

Bu ilin iyul ayının 2-dən 10-a kimi Azərbaycan Memarlar İttifaqının Nümayəndə Heyəti Danimarkanın paytaxtı Kopenhagendə Beynəlxalq Memarlar İttifaqının keçirdiyi Ümumdünya Memarları Konqresində və Baş Assambleyanın iclasında iştirak edib.

Trend xəbər verir ki, nümayəndə Heyətinə Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, professor Elbay Qasımzadə rəhbərlik etmişdir. Nümayəndə Heyətinin tərkibində Azərbaycan Memarlar İttifaqınn 1-ci katibi, professor Gülçöhrə Məmmədova, katiblər Xəlil Cəfərov və Şeyda Novruzzadə, Katibliyin üzvü Nazim Vəliyev, İdarə Heyətinin üzvü İnarə Əzimzadə, Gənc memarlar və tələbələr Klubunun prezidenti Elin Bəylərov və başqaları iştirak etmişlər. Ənənəyə sadiq olaraq, Nümayəndə Heyətinə Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri daxil olublar.

Konqresdə və Baş Assambleyada müasir memarlıq yaradıcılığının problemləri və inkişaf yolları, tarixi memarlıq irsinin qorunması kimi məsələlər müzakirə olunub.

Yekunda Baş Assambleya dünyanın bütün ölkələrinin rəhbərlərinə memarlığa diqqətlə yanaşmanı, insanların yaşayış mühitinin yaxşılaşdırılmasını və yer üzündə sülhün bərqərar olmasını tövsiyə edib.

İyul ayının 10-da Azərbaycan Memarlar İttifaqının Nümayəndə Heyəti Bakıya dönüb.

Növbəti Konqres və Baş Assambleyanın iclası 2026-cı ildə İspaniyanın Barselona şəhərində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti