...

İsmayıllıda bu il ərzində vətəndaşlardan 36 tüfəng götürülüb

Cəmiyyət Materials 12 Avqust 2023 18:38 (UTC +04:00)

Bakı. Trend:

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkar edilərək götürülməsi istiqamətində tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən tədbir zamanı rayon sakini İlyas Ağayevdən müvafiq sənədləri olmadan saxladığı ov tüfəngi aşkar edilərək götürülüb.

2023-ci il ərzində isə rayon polis şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri tədbirlərlə müvafiq sənədləri olmayan ümumilikdə 36 tüfəng vətəndaşlardan aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti