...

Azərbaycanda istehsal edilən minik avomobillərinin sayı açıqlanıb

Cəmiyyət Materials 15 Avqust 2023 17:23 (UTC +04:00)
Azərbaycanda istehsal edilən minik avomobillərinin sayı açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023-сü ilin yanvar-iyul aylarında Azərbaycanda 1866 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 656 ədəd çox minik avtomobili istehsal olunub.

Trend-in məlumatına görə, qeyd olunan dövr ərzində ümumilikdə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2023-сü ilin yanvar-iyul aylarında 387,4 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 38,7 faiz, maşın və avadanlıqların istehsalı 20,0 faiz artmış, sair nəqliyyat vasitələrinin istehsalı isə 17 faiz azalıb.

Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 49,2 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti