...

Bakıda leysan, bölgələrdə dolu düşəcəyi ehtimalı var - XƏBƏRDARLIQ

Cəmiyyət Materials 24 Avqust 2023 16:06 (UTC +04:00)
Bakıda leysan, bölgələrdə dolu düşəcəyi ehtimalı var - XƏBƏRDARLIQ
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında avqustun 25-i səhərdən 26-sı səhərədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı ehtimalı var.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-şərq küləyi arabir 15-18 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6° aşağı enərək, maksimal temperatur 27-30° isti olacaq.

Azərbaycanın rayonlarında bir neçə gün davam edən isti hava şəraitindən sonra avqustun 24-ü axşam şimal və qərb rayonlarından başlayaraq 27-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti