...

"ƏN TEZ" xidməti Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyətə başladı

Cəmiyyət Materials 24 Avqust 2023 16:11 (UTC +04:00)
"ƏN TEZ" xidməti Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyətə başladı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

"ƏN TEZ" xidməti bu gündən Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyətə başlayıb.

Bu barədə Trend-ə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmin platforma vasitəsilə səyahət etmək arzusunda olan vətəndaşlara vaxta qənaət edərək, aeroportun binasını tərk etmədən heç bir qeydiyyat və elektron imza tələb olunmadan, tək şəxsiyyət vəsiqəsi ilə biometrik eyniləşdirmə aparılmaqla, daha sadə və sürətli şəkildə təxirə salınmayan zəruri ədliyyə xidmətlərindən yararlanmaq imkanı yaradılıb.

"Onlar yetkinlik yaşına çatmayan şəxslərin dövlət sərhədindən keçməsi üçün zəruri olan valideynlərin razılıq ərizələrinin notariat qaydasında rəsmiləşdirilməsi, habelə məhkəmə qərarına əsasən borclu şəxslərin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması aşkar olunduğu halda borcun terminal üzərindən ödənilərək həmin məhdudiyyətin avtomatlaşdırılmış qaydada dərhal aradan qaldırılması ilə bağlı əvvəl təqdim edilmiş xidmətlərlə yanaşı, digər notariat, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, tələbkar qismində bəzi məhkəmə qərarlarının icrası və sair xidmətlərdən faydalana biləcəklər", - məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti