...

Azərbaycanda xarici qeydiyyatlı nəqliyyat vasitələri üçün yol vergisinin hesablanmasında dəyişiklik edilib

Cəmiyyət Materials 5 Sentyabr 2023 19:45 (UTC +04:00)
Azərbaycanda xarici qeydiyyatlı nəqliyyat vasitələri üçün yol vergisinin hesablanmasında dəyişiklik edilib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda xarici qeydiyyatı olan nəqliyyat vasitələri üçün yol vergisinin hesablanmasında dəyişiklik edilib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması Qaydası”na dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.

Qərara əsasən, yol vergisinin hesablamasında bunlar istifadə ediləcək:

- avtonəqliyyat vasitələrinin növü, mühərrikin həcmi və Azərbaycanın ərazisində qaldığı müddət;

- oturacaq yerlərinin sayı və Azərbaycan Respublikasının ərazisində qaldığı müddət;

- avtonəqliyyat vasitələrinin oxlarının sayı və Azərbaycan ərazisində qaldığı müddət;

- avtonəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi;

- Azərbaycan Respublikasının ərazisində qət edilən məsafə.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti