...

Qatarların intervalı 2 dəfə artıq olacaq - Xidmət rəisi

Cəmiyyət Materials 12 Sentyabr 2023 10:14 (UTC +04:00)
Qatarların intervalı 2 dəfə artıq olacaq - Xidmət rəisi
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Qatarların intervalı 2 dəfə artıq olacaq.

Trend xəbər verir ki, bunu "Bakı metropoliteni"nin Hərəkət xidmətinin rəisi Elxan Məmmədov bu gün jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, interval 2 dəqiqə nəzərdə tutulur:

"Günün orta saatlarında isə 2.5 dəqiqə təşkil edəcək".

Qeyd edək ki, yeni tədris ilinin başlanması və fəal istirahət dövrünün başa çatması ilə əlaqədar sentyabrın 15-dən Bakı metropolitenində qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək. Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun əmri ilə təsdiq edilmiş qatarların hərəkət qrafikinə uyğun olaraq, xətlərdəki qatarların sayı artırılacaq və hərəkəti sıxlaşdırılacaq, interval azaldılacaq.

Metropolitendə iş günlərində hərəkətin gur vaxtı səhər saat 07:00-dan 10:00-a, axşam 17:30-dan 19:30-a qədər müəyyən edilib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti