Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə AzeRobot education Robototexnika tədris mərkəzi arasında əməkdaşlıq layihəsinə başlanılıb.
Layihə çərçivəsində Mərkəzin həssas əhali qrupundan olan 30-a
yaxın benefisiarı robot texnikası sahəsi üzrə təlimlərə qoşulub.
İlkin təlimlərdə benefisiarlar təlimçilər Aynur Hümbətova və Nərmin
Məmmədovanın köməkliyi ilə SPİKE və Neobot modulları üzrə robotlar
hazırlamağı öyrəniblər. Onlar “LEGO spike education” dərslərindən
istifadə edərək hazırladıqları robotları hərəkətə gətiriblər.
Təlimlərin 4 yaş qrupu üzrə həftədə 2 dəfə keçirilməsi nəzərdə
tutulur.
Qeyd edək ki, Neobot Cənubi Koreyanın ən yaxşı robotexnika tədris proqramıdır və tədrisi yalnız AzeRobotda aparılır. SPİKE-Modulun tədrisi 10-15 yaş arası şagirdlər üçün nəzərdə tutulub. Şagirdlər hazırlanmış robotu, “Scrach” proqramı vasitəsilə kodlaşdırır. Növbəti mərhələlərdə isə daha mürəkkəb konstruksiyaların yığılması, həmçinin robototexnika, mühəndislik və proramlaşdırma sahələrinin tədrisi həyata keçiriləcək.