...

Bakıda ilk elektrik mühərrikli avtobus xəttə buraxılıb

Cəmiyyət Materials 26 Sentyabr 2023 09:47 (UTC +04:00)
Bakıda ilk elektrik mühərrikli avtobus xəttə buraxılıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda marşrut xəttinə ilk elektrik mühərrikli avtobus buraxılıb. Elektrik avtobusu 5 nömrəli marşrut xəttində hərəkət edir.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Qeyd edilib ki, marşrut xətti “20-ci sahə” – “Nəriman Nərimanov” metro stansiyası istiqamətini əhatə edir.

Avtobus 33 sərnişin oturacağına malikdir. Ümumi sərnişin tutumu 82 nəfər olan avtobus tam enerji toplayaraq 350 km məsafə qət edə bilir. Nəqliyyat vasitəsi müasir sərnişindaşıma tələblərinə tam cavab verir.

Elektrik avtobusun Bakı şəhərinin mövcud relyefinə uyğunluğu yoxlanılaсaq. Nəticələrə əsasən elektrik mühərrikli avtobusların Bakı şəhərinin ictimai nəqliyyatında istifadəsi imkanları qiymətləndiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti