...

Tuğ, Daşaltı və Hadrutda yeni infrastruktur yaradılacaq

Cəmiyyət Materials 16 Oktyabr 2023 13:56 (UTC +04:00)
Tuğ, Daşaltı və Hadrutda yeni infrastruktur yaradılacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Suqovuşan. Trend:

Hazırda Tuğ, Daşaltı və Hadrutda turistlərin ilkin ehtiyaclarının ödənilməsi üçün yaradılacaq infrastrukturun layihə-smeta sənədləri hazırlanır.

Trend xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova deyib.

O bildirib ki, növbəti mərhələdə turizm üçün əlverişli olan digər ərazilərdə də bu işlərə başlanılacaq.

Qeyd edək ki, oktyabrın 16-da Dövlət Turizm Agentliyi ölkənin 40-a yaxın kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə Tərtər rayonunun Suqovuşan qəsəbəsində yeni salınmış istirahət parkına mediatur təşkil edib.

Xəbər lenti

Xəbər lenti