...

Qiymətləndirmədə müəyyən problemlər var - Dünya Bankının meneceri

Cəmiyyət Materials 24 Oktyabr 2023 14:32 (UTC +04:00)
Qiymətləndirmədə müəyyən problemlər var - Dünya Bankının meneceri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qiymətləndirmədə müəyyən problemlər var. Digər ölkələrdə olduğu kimi, Azərbaycan da bu problemdən yan keçmir.

Trend xəbər verir ki, bunu Dünya Bankının Azərbaycandakı ölkə meneceri Stefanie Stallmeister “2023-cü il Qlobal Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu” mövzusunda 3-cü DİM Dialoqunda deyib.

“Azərbaycanda büdcə layihəsi ilə bağlı işlər görülür. Azərbaycan hökümətində maliyyənin idarəedilməsi ilə bağlı nailiyyətlər var. Biz maliyyə nazirliyi ilə əməkdaşlıq edirik. Azərbaycanda bu sahədə nümunələri başqa ölkələrlə paylaşa bilərik”,- deyə o, əlavə edib.

Qeyd edək ki, Bakıda “2023-cü il Qlobal DİM Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumların rolu”üzrə Üçüncü DİM Dialoqu keçirilir.

“DİM Dialoqu”na, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, Azərbaycan Ali Audit Qurumu və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi həmsədrlik edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti