...

"Ulu Öndər silahdaşlarının xatirələrində" kitabında Heydər Əliyevlə çalışmış şəxslərin xatirələri yer alır

Cəmiyyət Materials 25 Oktyabr 2023 16:19 (UTC +04:00)
"Ulu Öndər silahdaşlarının xatirələrində" kitabında Heydər Əliyevlə çalışmış şəxslərin xatirələri yer alır
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Kitabın əsas özəl cəhəti bu günə kimi heç yerdə əks olunmayan şəkillərin əks olunması, Heydər Əliyevlə birlikdə çalışmış təhlükəsizlik orqanları əməkdaşlarının xatirələrinin yer almasıdır.

Trend xəbər verir ki, bu sözləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat xidmətinin rəisi Tamerlan Rəhimov "Ulu Öndər Silahdaşlarının Xatirələrində” kitabının təqdimat mərasimində deyib.

Tamerlan Rəhimov bildirib ki, "Ulu Öndər silahdaşlarının xatirələrində” kitabı Heydər Əliyevin təhlükəsizlik orqanlarında 25 illik fəaliyyətini əks etdirir.

"Kitabda, həmçinin, Ulu Öndərin şəxsən imzaladığı sənədlər yer alıb. Həmin sənədlər DTX-nin arxivində saxlanılır. Heydər Əliyev ilk azərbaycanlı general kimi təhlükəsizlik orqanlarının tarixinə düşüb, gələcək nəsil üçün peşəkarlıq nümunəsi miras qoyub.

Bu gün də biz bu nümunəyə uyğun fəaliyyətimizi davam etdiririk. Kitabın ən önəmli, unikal cəhəti burada indiyə kimi heç bir yerdə dərc olunmayan, vaxtilə təhlükəsizlik orqanlarında Heydər Əliyevin rəhbərliyi altında çalışmış veteran əməkdaşların üzərində Ulu Öndərin imzası olan və onların şəxsi işlərində saxlanılan məxfi qrifli arxiv sənədlərinin, dahi rəhbərin bu təsisatda xidmət etdiyi vaxtlara aid fotoşəkillərinin, o cümlədən, Ümummilli Liderin Rusiya təhlükəsizlik orqanlarının arxivində saxlanılan şəxsi işindən olan sənədli materialların, həmçinin, Özbəkistan və Qazaxıstan təhlükəsizlik orqanları veteranlarının xatirələrinin yer almasıdır”,- deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti