...

General-mayor Mahmud Həmzəyev vəfat etdi (FOTO)

Cəmiyyət Materials 9 Noyabr 2023 11:28 (UTC +04:00)
General-mayor Mahmud Həmzəyev vəfat etdi (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Ehtiyatda olan general-mayor Mahmud Həmid oğlu Həmzəyev vəfat edib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, general-mayor bu gün 2-ci Fəxri Xiyabanda dəfn ediləcək.

Xatıqladaq ki, Mahmud Həmzəyev Beyləqan korpusunun sabiq komandiri olub. O, 31 yanvar 1949-cu ildə Qazax şəhərində anadan olub.

2002-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə general-mayor hərbi rütbəsinə layiq görülüb. 24 iyun 2003-cü ildə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub. 2010-cu ilin əvvəllərində öz xahişi ilə ordu sıralarından tərxis olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti