...

Xəzərdə dalğanın hündürlüyü 3 metrə çatıb - FAKTİKİ HAVA

Cəmiyyət Materials 17 Noyabr 2023 16:56 (UTC +04:00)
Xəzərdə dalğanın hündürlüyü 3 metrə çatıb - FAKTİKİ HAVA
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 17-si saat 16:00-a olan məlumata əsasən Bakı, Sumqayıt, Maştağa, Binə, Naxçıvan, Şərur, Culfa, İsmayıllı, Şamaxı, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Mingəçevir, Yevlax, Göyçay, İmişli, Kürdəmir, Qobustan, Sabirabad, Ağsu, Ağdam, Xaçmaz, Cəfərxanda yağış, Qusar, Xınalıq, Şahdağ, Qrız, Göygöl və Gədəbəyin yüksək dağlıq ərazilərində qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, şimal-qərb küləyi Göyçayda 22 m/s, Mingəçevirdə 21 m/s, Zərdab, Ceyrançöldə 18 m/s, Astara, Göygöldə 16 m/s, Bakıda və Abşeron yarımadasında 28 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14 dərəcəyədək, Naxçıvan MR-da 15 dərəcəyədək, Aran rayonlarında 18 dərəcəyədək, dağlıq rayonlarda 11 dərəcəyədək isti qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti