...

Azərbaycanda istehsal edilən minik avtomobillərinin sayı artıb

Cəmiyyət Materials 18 Noyabr 2023 12:22 (UTC +04:00)
Azərbaycanda istehsal edilən minik avtomobillərinin sayı artıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda istehsal edilən minik avtomobillərinin sayı açıqlanıb.

Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-сü ilin yanvar-oktyabr aylarında 2376 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 742 ədəd çox minik avtomobili istehsal olunub.

Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2023-сü ilin yanvar-oktyabr aylarında 558,9 milyon manatlıq məhsul istehsal edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 33,9 faiz, maşın və avadanlıqların istehsalı 30,2 faiz artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 16,2 faiz azalıb. Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 9 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti