...

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Cəmiyyət Materials 24 Noyabr 2023 16:22 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında noyabrın 25-dən 27-si səhərədək cənub-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, Azərbaycanın rayonlarında noyabrın 25-26-da əsasən dağlıq və dağətəyi rayonlarda qərb küləyinin arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti