...

Bakı hava limanında Yeni il müsabiqəsi: rahatlıq dünyasını kəşf edin!

Cəmiyyət Materials 20 Dekabr 2023 14:37 (UTC +04:00)
Bakı hava limanında Yeni il müsabiqəsi: rahatlıq dünyasını kəşf edin!
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə yola düşməzdən əvvəl komfortdan zövq almaq imkanı yaradacaq Yeni il müsabiqəsi elan edir.

Müsabiqədə 29 fevral 2024-cü il tarixinədək Bakı hava limanından səyahət etməyi planlaşdıran bütün sərnişinlər iştirak edə bilərlər.

Bunun üçün sərnişinlər hava limanının rəsmi Instagram səhifəsini www.instagram.com/bakuairport izləməli və müvafiq postun altında şərh yazaraq iştirakını təsdiqləməlidirlər. Müsabiqənin qalibləri Bakı hava limanının biznes zallarının unikal üstünlüklərindən, o cümlədən istirahət və iş üçün rahat şəraitdən, müxtəlif yemək, içki və digər xidmətlərdən yararlanmaq fürsəti əldə edəcəklər.

Müsabiqə haqqında ətraflı məlumatı hava limanının sosial şəbəkələrdəki rəsmi səhifələrindən, həmçinin airport.az/az/press-release/yeni-il-musabiq-si/ linkindən əldə etmək mümkündür.

Hər kəsə xoş və komfortlu səyahət arzulayırıq!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti