...

Göyçayda yerin təkindən qanunsuz istifadə edən şəxs barəsində protokol tərtib olunub (FOTO)

Cəmiyyət Materials 28 Dekabr 2023 22:08 (UTC +04:00)
Göyçayda yerin təkindən qanunsuz istifadə edən şəxs barəsində protokol tərtib olunub (FOTO)

Bakı. Trend:

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yerin təkindən istifadə qaydalarının pozulmasının qarşısının alınması istiqamətində tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən tədbir nəticəsində rayonun Kürdəmiş kəndi ərazisində “KamAZ” markalı yük avtomobili ilə qanunsuz torpaq daşınması faktı aşkarlanıb.

İcazə şərtlərini pozmaqla yerin təkindən istifadə edən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti