...

"Qərbi Azərbaycan mətbəxinin təqdimatının təşkili ilə bağlı xidmətlərin satın alınmasına dair" keçirilən tenderlə bağlı AÇIQLAMA

Cəmiyyət Materials 6 Yanvar 2024 13:34 (UTC +04:00)
"Qərbi Azərbaycan mətbəxinin təqdimatının təşkili ilə bağlı xidmətlərin satın alınmasına dair" keçirilən tenderlə bağlı AÇIQLAMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Turizm Agentliyi tərəfindən "Qərbi Azərbaycan mətbəxinin təqdimatının təşkili ilə bağlı xidmətlərin satın alınmasına dair" keçirilən açıq tenderdə ərzaq məhsulları (ilk 84 sətir) üzrə göstərilən həcmlərdə yaranan yanlışlıqlarla bağlı bildiririk ki, dövlət satınalmalarının vahid internet portalına (etender.gov.az) məlumatlar daxil olunarkən mexaniki səhv nəticəsində bazar qiyməti sorğusunda iştirak edən iştirakçılardan birinin qiymət təklifi hissəsində yazılmış məlumatlar portalda iş həcmləri kimi göstərilmiş, nəticə etibarilə həcmlərin yerləşdirilməsi üçün nəzərdə tutulan sütuna səhvən qiymətlər daxil edilib.

Trend xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Bildirilib ki, eyni zamanda rəqəmlər bazar qiyməti cədvəlindən köçürülərkən rəqəmlərdə vergül qoyulan hissələr portal tərəfindən vergüllə deyil, tam olaraq oxunmuşdur (məsələn, 1-ci sətirdə - "un"un qarşısında qeyd olunan 2,00 ifadəsi 200 kimi əks olunmuşdur).

Bununla bərabər vurğulanmalıdır ki, qanunvericiliyə əsasən dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən "Əsas Şərtlər Toplusu"nda bütün məlumatlar düzgün formada göstərilmişdir və bu amil şirkətlərin şəffaf şəkildə müsabiqədə iştirakına tam şərait yaradır.

Qeyd olunan texniki səhvlərin aradan qaldırılması üçün sözügedən iş həcmləri cədvəlində müvafiq düzəlişlər olunmaqdadır.

Dövlət qurumlarının həyata keçirdiyi iş və xidmətlərə ictimai nəzarətin mövcudluğu dövlət maraqlarının qorunmasında xüsusi əhəmiyyət kəsb edir. Dövlət Turizm Agentliyi olaraq daim bu məqamı əsas götürərək fəaliyyət göstərir, hər zaman ictimaiyyət və medianı maraqlandıran və sual doğuran məsələlərin operativ cavablandırılmasını, düzgün, aydın və anlaşılan məlumatların bölüşülməsini prioritet hesab edir, Agentliyin fəaliyyətini yaxından izləyən və məsələnin ictimailləşdirilməsində iştirak edən hər kəsə təşəkkür edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti