...

Qarlı hava şəraiti ilə bağlı valideynlərə MÜRACİƏT EDİLDİ

Cəmiyyət Materials 14 Yanvar 2024 13:18 (UTC +04:00)
Qarlı hava şəraiti ilə bağlı valideynlərə MÜRACİƏT EDİLDİ
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Qarlı hava şəraiti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) valideynlərə müraciət edib.

BDYPİ-dən Trend-ə verilən xəbərə görə, müraciətdə deyilir:

“Əziz valideynlər:
- övladlarınızı yollarda nəzarətsiz qoymayın;
- uşaqların avtomobil yollarında və ya yol kənarlarında qarla oynamalarına, eləcə də yollarda sürüşmələrinə icazə verməyin;
- uşaqların əyləncələrini təhlükəsiz hesab olunan parklarda və yaşayış binalarının qarşısında salınan istirahət zonalarında təşkil edin.
Nəzərə almaq lazımdır ki, belə havalarda tormuzlama zamanı avtomobillərin yolda sürüşmə ehtimalı yüksəkdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti