...

Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ!

Cəmiyyət Materials 8 Fevral 2024 17:37 (UTC +04:00)
Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ!
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 17-dən martın 17-nə kimi Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar həftənin həm şənbə, həm də bazar günləri hər iki istiqamətdə fəaliyyət göstərəcək.

Trend bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, qatarlar saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da Qəbələdən Bakıya hərəkət edəcək.

Bilet almaq üçün “ADY Mobile” tətbiqi və yaxud www.ady.az saytından yararlanmaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti