...

Xaçmazın Köhnə Xudat kəndində sakinlərin müraciəti dinlənilib (FOTO)

Cəmiyyət Materials 20 Fevral 2024 19:39 (UTC +04:00)
Xaçmazın Köhnə Xudat kəndində sakinlərin müraciəti dinlənilib (FOTO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Köhnə Xudat kəndində səyyar qəbul keçirib.

Trend xəbər verir ki, qəbulda yerli hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və xidmət təşkilatlarının rəhbərləri eləcədə Köhnə Xudat İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Aşağı Ləgər, Seyidlər, Digahoba, İdrisoba və Fərzəlioba kəndlərinin sakinləri iştirak edib.

Sakinlər elektrik təsərrüfatının yenilənməsi, qaz təchizatının bərpası, yolların təmiri və torpaq sahələrinin sənədləşdirilməsi və digər müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti