Bakı. Trend:
“Dəyişməyən dəyərlər və dəyişən imkanlar” mövzusunda elmi-praktiki konfransı keçirilib.
Trend xəbər verir ki, konfransda “Bakı Metropoliteni”nin keçdiyi inkişaf yolu və gələcək planlar barəsində məlumatlar verilib. Konfrans işini panel müzakirələrlə davam etdirib.
“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, “Bakı Metropoliteni” QSC Müşahidə Şurasının üzvü Samir Məmmədov, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov, Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov, “Bakı Metropoliteni” QSC-nin İstehsalat-texniki şöbəsinin rəisi Namiq Yusubov və digər rəsmi şəxslər iştirak ediblər.