...

"Nova-C" eniş aparatı Aya missiyasını başa vurub

Cəmiyyət Materials 1 Mart 2024 03:46 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın "Intuitive Machines" şirkətinə məxsus "Nova-C" eniş aparatı Aydakı missiyasını başa vurub.

Trend-in məlumatına görə, bu barədə şirkətin saytında məlumat verilib.

Məlumata əsasən, modulla əlaqə kəsildi ki, bu da missiyanın normal sonu hesab olunur. Qeyd olunub ki, ötən gün modul fevralın 22-də çəkilən bir şəkli göndərib.

"Nova-C" fevralın 23-də Bakı vaxtı ilə saat 03:23-də Aya enib. O, Yerin peykində ilk kommersiya eniş modulu oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti