...

Azərbaycanda bazarları bölüşdürmək istəyənlərin qarşısı alınıb

Cəmiyyət Materials 18 Mart 2024 15:18 (UTC +04:00)
Azərbaycanda bazarları bölüşdürmək istəyənlərin qarşısı alınıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda bazarları bölüşdürmək istəyənlərin qarşısı alınıb.

Trend-in məlumatına görə, bu barədə “Antiinflyasiya tədbirləri və onun iqtisadi nəticələrinə dair xüsusi bülleten”də deyilir.

Qeyd edilib ki, daxili bazarda sağlam rəqabət mühitinin gücləndirilməsi, o cümlədən inhisarlaşma, bazarların bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının və qiymət manipulyasiyasının qarşısının alınması istiqamətində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən mütəmadi olaraq nəzarət və monitorinq tədbirləri həyata keçirilib.

Elektron monitorinq sisteminin qurulması və qiymət monitorinqinin daha optimal vəziyyətə gətirilməsi istiqamətində müvafiq işlər görülmüşdür. Elektron monitorinqin əsas məqsədi uzunmüddətli dövrdə qiymətlərin izlənilməsinin daha operativ və şəffaf həyata keçirilməsinin, kağız daşıyıcılardan istifadənin azaldılmasının və ya tamamilə ləğv edilməsinin, digər informasiya sistemlərinə və ehtiyatlarına inteqrasiya edilməklə məlumatların əldə olunmasının və monitorinqinin əhatə dairəsinin genişləndirilməsinin təmin edilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti