...

Bakıda 18, bölgələrdə 23 dərəcə isti olacaq - PROQNOZ

Cəmiyyət Materials 4 Aprel 2024 12:27 (UTC +04:00)
Bakıda 18, bölgələrdə 23 dərəcə isti olacaq - PROQNOZ
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 5-də Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçəcək.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11°, gündüz 13-18° olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-74 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11°, gündüz 18-23°, dağlarda gecə 2-7°, gündüz 10-15° olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti