...

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində Bakıda məktəbdə tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 9 Aprel 2024 17:32 (UTC +04:00)
“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində Bakıda məktəbdə tədbir keçirilib (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Ana dilimiz və təhsil” layihəsi çərçivəsində Bakı şəhəri Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Mərkəzin direktoru professor Sevinc Əliyeva, şöbə müdiri Vəfa İsmayılova, mütəxəssislər Gülnar İsmayılova, Günel Cəbrayılova və Vüqar Qurbanov, həmçinin 46 nömrəli tam orta məktəbin direktoru Sevinc Budaqova və müəllim-şagird heyəti iştirak edib.

Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva tədbir iştirakçılarını salamlayaraq “Ana dilimiz və təhsil” layihəsi çərçivəsində növbəti tədbirin 46 nömrəli məktəbdə təşkili üçün məktəb rəhbərliyinə minnətdarlığını bildirmişdir. Tədbirin məhz Azərbaycan Respublikasının Prezidenti, Dövlət Dil Komissiyasının sədri İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında sərəncamı imzaladığı günlə (9 aprel 2013-cü il) eyni tarixə təsadüf etdiyini nəzərə çatdıraraq ölkə başçısının dilimizə daim qayğı və həssaslıqla yanaşdığını xüsusi vurğulayıb.

Tədbirdə Azərbaycan dilinin düzgün tətbiqi, orta məktəblərdə ana dilinin tədrisi, şagirdlərin Azərbaycan dilində səlis danışıq və düzgün yazı vərdişlərinin inkişaf etdirilməsi və s. mövzular müzakirə edilib.

Mütəxəssis Gülnar İsmayılovanın keçdiyi interaktiv təlimdə fəal iştirak edən şagirdlər müxtəlif hədiyyələrlə mükafatlandırılmışdır. Şagirdlərin səsləndirdiyi şeir nümunələri böyük maraqla qarşılanmış, Mərkəzin əməkdaşları tərəfindən təqdir olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti