...

Bakı Dairəvi avtomobil yolunda təmir işləri davam etdirilir (VİDEO)

Cəmiyyət Materials 29 Aprel 2024 16:00 (UTC +04:00)
Bakı Dairəvi avtomobil yolunda təmir işləri davam etdirilir (VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri davam etdirilir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Təmir işləri sözügedən avtomobil yolunun 9-14-cü km-lik hissəsində (“Binə” ticarət mərkəzindən Biləcəri qəsəbəsi istiqamətində) icra olunur.

Sözügedən hissə uzun müddət əsaslı təmir olunmadan istismar olunurdu. Artıq yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə edilirdi. Bu isə yolda rahat və maneəsiz hərəkətə maneə yaradırdı.

Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənarlaşdırılması işləri icra olunur. Bu səbəbdən sözügedən hissədə hərəkət qismən məhdudlaşdırılıb. Sürücülərdən qeyd olunan ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Daha sonra yeni asfalt-beton örtüyü döşənəcək və üfüqi nişanlanma xətlərinin çəkilişi icra olunacaq.

Təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, ərazidə hərəkətdə olarkən diqqətli olmaları xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti