...

Azərbaycanda abortların sayı açıqlanıb

Cəmiyyət Materials 20 May 2024 15:04 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda abortların sayı 2021‑ci ildə 46877, 2022‑ci ildə 57999, 2023‑cü ildə isə 73816 olub. 15‑49 yaşlı hər 1000 qadına düşən abortların sayı 27,9 olub.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatında qeyd edilib.

Hesabat ili ərzində “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020‐2025‐ci illər üçün Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədi ilə müxtəlif tədbirlər həyata keçirilib. Uşaqların doğulanadək cins seçiminin qarşısının alınması və gender stereotiplərinin aradan qaldırılması istiqamətində, eləcə də vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi məqsədilə Dövlət Komitəsinin dəstəyi ilə “Yaşadaq. Ümid Qanadları” adlı sosial layihə hazırlanıb.

Layihə çərçivəsində “Bərabər inkişaf naminə qızlarımıza dəyər verək!” #qızlarıngücü mövzusunda sosial çarx Bakı şəhərinin küçələrində yerləşdirilən elek tron ekranlarda nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti