...

Birinci Qarabağ müharibəsinin şəhidi İlqar Rəhimov dəfn olunub

Cəmiyyət Materials 24 May 2024 13:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rəhimov İlqar Şaiq oğlunun meyitinin qalıqları Göyçay rayonuna gətirilib. O, Gəncə şəhərində Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu.

Trend xəbər verir ki, şəhidin nəşi rayonun Müşkürlü kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.

Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət himni ifa olunub və yaylım atəşi açılıb.

Qeyd edək ki, Rəhimov İlqar Şaiq oğlu 1994-cü ildə Murovdağ istqamətində gedən döyüşlərdə itkin düşmüş sayılırdı.

Xəbər lenti

Xəbər lenti