...

Goranboy rayonuna dolu düşüb - FAKTİKİ HAVA

Cəmiyyət Materials 1 İyun 2024 20:12 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 1-i saat 19:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Daşkəsən, Gədəbəy, Göygöl, Şəki, Ağdam, Naftalan, Xınalıq, Quba, Qrız, Qusar, Goranboy, Zaqatala, Qəbələ, Şahdağ, Balakən, Mingəçevir, Sarıbaş (Qax), Göyçayda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumata əsasən, Goranboy rayonu Böyrü qəsəbəsinə saat 17:30-17:35 radələrində diametri 11-15 mm, Goranboy rayonu Meşəli kəndinə 10-13 mm, həmçinin rayonun Qarğıcaq, Şəfəq və Zeyvə kəndlərinə də dolu düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti