Bakı. Trend:
Bakıda Türkiyə vətəndaşının meyiti tapılıb.
Trend xəbər verir ki, 1984-cü il təvəllüdlü Serkan Sökmenin meyiti kirayə yaşadığı Xətai rayonu, Ramiz Quliyev 69, mənzil 20 ünvanında aşkar edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Serkan Sökmen Bakıda restoran biznesi ilə məşğul olub.