...

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib (FOTO/VİDEO) (YENİLƏNİB)

Cəmiyyət Materials 26 İyun 2024 10:20 (UTC +04:00)
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib (FOTO/VİDEO) (YENİLƏNİB)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın müxtəlif mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə iyunun 26-da hərbi qulluqçuların yürüşləri keçirilib.

Trend xəbər verir ki, 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə keçirilən yürüşlərdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra isə hərbçilərin beş marşrut üzrə yürüşlərinə start verilib.

Hərbçilərin marşrutlar üzrə Bakıdakı yürüşləri saat 12:00-dək davam edib.

Yürüşlər Bakıda Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı – “AMAY” ticarət mərkəzi, Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – “İçərişəhər” metrostansiyası - Qala qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli, Qəzənfər Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı, “Olimpik Star” İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti, Nəriman Nərimanov heykəli - Mərkəzi park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Azərbaycan Respublikasının Mərkəzi Bankı - 28 Mall Ticarət Mərkəzi marşrutları üzrə şəxsi heyətin yürüşləri təşkil edilib.

Qeyd edək ki, bu gün, həmçinin saat 19:00-dan 21:00-dək Sumqayıt Dənizkənarı Bulvar ərazisi, Gəncə, Şuşa şəhərləri və Bərdə rayonunun mərkəzi küçə və prospektlərində müəyyənləşdirilmiş yerlərdə orkestrlərin nümunəvi çıxışları olacaq.

FOTO/VİDEO: Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti