...

Polad Həşimovu, Mübariz İbrahimovu özünə kumir seçən əsgər və zabitlərimiz düşmənin layiqli cavabını verdilər - Paytaxt sakini

Cəmiyyət Materials 26 İyun 2024 12:15 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Şanlı Ordumuz İkinci Qarabağ müharibəsində dünyaya səs salacaq qələbə qazandı.

Bunu Trend-ə açıqlamasında paytaxt sakini Murad Əhmədov deyib.

O bildirib ki, qələbəmizin əsas təməli hərbi və siyasi cəhətdən yaxşı hazırlaşmağımız olub.

"Ordumuz texniki və taktiki cəhətdən güclü olub. Biz bunu torpaqlarımız erməni işğalından azad edilərkən gördük. Neçə illər idi ki, torpaqlarımızın azad olunması üçün müharibəni gözləyirdik. Polad Həşimov, Mübariz İbrahimov kimi qəhrəmanlarımızı özünə kumir seçən əsgər və zabitlərimiz düşmənin layiqli cavabını verdilər və qalib gəldik. Bizim orduya, millətə qələbə yaraşır", - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 106 ili tamam olur. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradılıb.

Həmin il mayın 28-də qəbul edilmiş "İstiqlal bəyannaməsi"ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi.

Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda, indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirilib. Qısa müddətdə Milli Ordu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad edə bilmişdi. 1920-ci ildə Azərbaycan sovet işğalına məruz qaldıqdan sonra hərbi nazirlik ləğv olundu, ordumuzun 15 generalı bolşeviklər tərəfindən güllələndi.

1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edildi. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyun Silahlı Qüvvələr Günü elan olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti