Bakı. Trend:
Növbəti iki gün ərzində Azərbaycanda havanın temperaturu yüksələcək.
Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, avqustun 6-da Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 35-38° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında avqustun 6-7-də havanın maksimal temperaturunun Naxçıvan MR və Aran rayonlarında 35-38°, bəzi yerlərində 40°, dağlıq ərazilərdə 25-30° olacağı gözlənilir.