Bakı. Trend:
19-20.09.2023-cü ildə antiterror əməliyyatının keçirilməsinə zərurət yaradan səbəblərin daha bir neçəsi açıqlanıb.
Trend xəbər verir ki,bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqlarına məxsus Yer-Hava raket sistemləri üçün 12 HHM vasitəsi, 30-dək radioelektron mübarizə vasitəsi və 6 radiolokasiya sistemi aşkar edilmişdi.
Bundan başqa, 17 silah-sursat və yanacaq anbarı, 70-dən artıq polimer tipli yeraltı sığınacaq, 45 daimi dislokasiya və komanda məntəqəsi, 11111 təlim və tədris mərkəzi aşkar edilmişdi.
Qeyd edək ki, dünən açıqlanan səbəblərə əsasən, Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqlarına məxsus 500-dən artıq döyüş mövqeyinin hazırlandığı müəyyən edilmişdi.
Müxtəlif tipli artilleriya qurğuları üçün 350-dən artıq atəş mövqeyin hazırlandığı aşkarlanmışdı.
Təmas xəttinin 2 km genişliyində 100 km-ə yaxın ərazilərdə minalar basdırılmışdı.
480 km-dək təmas xətti boyu bölmələrimizin və mülki sakinlərimizin hərəkətini izləmək məqsədilə 200-dən artıq müşahidə kamerası quraşdırılmışdı.