...

Vətən müharibəsindən sonra 500-ə yaxın hərbçi yüksək texnologiyalı protezlə təmin edilib

Cəmiyyət Materials 14 Oktyabr 2024 11:13 (UTC +04:00)
Vətən müharibəsindən sonra 500-ə yaxın hərbçi yüksək texnologiyalı protezlə təmin edilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən I və II Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan 489 hərbçi 598 ədəd yüksək texnologiyalı son nəsil protezlə təmin edilib.

Trend xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, eyni zamanda, ötən ildən Vətən müharibəsi iştirakçılarının müasir idman protezləri ilə təminatı da həyata keçirilir.

Yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir və istifadəçiyə sərbəst, sabit, inamlı hərəkət, sosial həyata daha tez və rahat inteqrasiya, hətta idmanla məşğul olaraq yarışlarda iştirak imkanı verir.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə bağlı həyata keçirilən sosial dəstək tədbirlərinin bir istiqaməti də həmin şəxslərin yüksək texnologiyalı son nəsil protezlərlə təmin edilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti