...

ADA Universitetinə builki qəbul nəticələri açıqlanıb

Cəmiyyət Materials 21 Oktyabr 2024 16:37 (UTC +04:00)
ADA Universitetinə builki qəbul nəticələri açıqlanıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

ADA Universiteti 2024-2025-ci illər üzrə qəbul nəticəsini açıqlayıb. Bu il əvvəlki illərlə müqayisədə rekord sayda, ümumilikdə 1349 tələbə qəbul edilib. Onlardan 1019-u bakalavr, 330-u isə magistr proqramları üzrə təhsil alırlar.

ADA-dan Trend-ə verilən məlumata görə, bakalavr proqramlarına Dövlət İmtahan Mərkəzinin (DİM) imtahan nəticəsi ilə 345, “SAT” nəticəsi ilə 503, “IB” nəticəsi ilə 20, ADA Məktəbindən isə 108 tələbə qəbul edilib.
Həmçinin ADA Universiteti bu il 18 ölkədən 92 xarici tələbəni də qəbul edib.

DİM nəticəsi üzrə qəbul edilənlərin ən yüksək göstərici 700 bal, “SAT” nəticəsi ilə qəbul alanların rekord nəticəsi isə 1570 təşkil edib.

ADA Universitetinin builki qəbul göstəriciləri bir sıra məqamlarla yadda qalıb. Belə ki, DİM üzrə bakalavr proqramlarına qəbul edilən 345 tələbədən 212-si yüksək nəticələrə görə müxtəlif təhsil haqqı güzəştləri əldə ediblər. Daha bir diqqətəlayiq məqam ondan ibarətdir ki, ADA Universiteti bu il özünün əvvəlki illəri ilə müqayisədə rekord sayda-18 nəfər Prezident təqaüdçüsü qəbul edib. Bu təqaüdçülərdən 12-si məhz Hüquqşünaslıq ixtisasının tələbələridirlər.

Ümumilikdə, bu il qəbul edilən tələbələrin 32%-ə qədəri ADA-nın müxtəlif təhsil haqqı güzəştlərindən yararlanmaqla təhsil alırlar. Həmin tələbələrdən 3-ü Heydər Əliyev adına təqaüd proqramının, 19-u isə Respublika Fənn Olimpiadalarının qalibləridirlər.
30-dək xarici tələbə isə Əlimərdan bəy Topçubaşov adına təqaüd proqramından yararlanır.

Əlavə edək ki, Meksika, İndoneziya, Niderland, Böyük Britaniya və digər ölkələrdən tələbə qəbul edən Universitet bu il Braziliyanı təmsil edən ilk tələbəsini salamlayıb.

Regionlarımızda təhsil alan 189 abituriyent, eləcə də I,II və III qrup üzrə ölkə birinciləri də ADA Universitetində təhsili seçiblər.

Əvvəlki illərlə müqayisədə xüsusilə 5 bakalavr proqramının minimum keçid balında kəskin artım müşahidə edilib.
Riyaziyyat proqramının keçid balı isə rekord həddə çataraq 660-a yüksəlib.

Qeyd edək ki, ilbəil təhsil proqramlarının sayını artıran ADA Universiteti bu il Şəhərsalma, Kommunikasiya dizaynı, Heyvandarlıq üzrə də bakalavr proqramları təklif etməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti