...

Daha bir neçə istiqamət üzrə səfərlər müasir və komfortlu avtobuslarla həyata keçirilir - AYNA

Cəmiyyət Materials 2 Dekabr 2024 16:06 (UTC +04:00)
Daha bir neçə istiqamət üzrə səfərlər müasir və komfortlu avtobuslarla həyata keçirilir - AYNA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Daha bir neçə istiqamət üzrə səfərlər müasir və komfortlu avtobuslarla həyata keçirilir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, paytaxtdan Bərdə, Tərtər, Mingəçevir, Zaqatala və Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi) istiqamətlərində müasir və komfortlu avtobuslar sərnişinlərin istifadəsinə verilib.

"Marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən keçirilən müsabiqələrin nəticələrinə əsasən, artıq bu istiqamətlərdə səfərlər 2015-ci il istehsalı olan “Neoplan” və 2024-cü il istehsalı olan “King Long” markalı avtobuslarla həyata keçirilir.

AYNA tərəfindən şəhərlərarası sərnişindaşıma xidməti göstərən avtobus parkının yenilənməsi, ictimai nəqliyyatın əlçatanlığının təmin olunması, sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması daim diqqətdə saxlanılır. Mütəmadi olaraq respublika üzrə avtobus parkının təhlili aparılır. Müntəzəm avtobus marşrutları mərhələli qaydada müsabiqəyə təqdim olunur. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır", - deyə qurumdan əlavə edilib.

Xəbər lenti

Xəbər lenti