...

Teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb - Nazirlik

Cəmiyyət Materials 25 Dekabr 2024 21:24 (UTC +04:00)
Teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb - Nazirlik
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan həlak olub və yaralanıb. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə 2024-cü il dekabrın 26-da Azərbaycan Respublikasında matəm elan edilib.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, matəmlə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki teatr-konsert müəssisələrində 26 dekabr tarixinə nəzərdə tutulan bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb.

Mədəniyyət Nazirliyinin kollektivi təyyarə qəzasında həlak olanlara Allahdan rəhmət diləyir, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah xəsarət alanlara şəfa versin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti