...

Tacikistanın xarici işlər naziri Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı başsağlığı verib

Cəmiyyət Materials 26 Dekabr 2024 16:16 (UTC +04:00)
Tacikistanın xarici işlər naziri Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı başsağlığı verib
Umar Abakirov
Umar Abakirov
Bütün xəbərlər

Düşənbə. Trend:

Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddin AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan sərnişinlərin ailə üzvlərinə və yaxınlarına başsağlığı verib, zərərçəkənlərə tezliklə sağalmağı arzulayıb.

Trend xəbər verir ki, xarici işlər naziri Azərbaycanın Düşənbədəki səfirliyinə baş çəkərək, təyyarə qəzası qurbanları ilə bağlı başsağlığı kitabına öz qeydlərini yazıb.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır.

Xəbər lenti

Xəbər lenti