...

"BakuBus" Naxçıvana sərnişin daşıyacaq - AYNA

Cəmiyyət Materials 30 Dekabr 2024 12:22 (UTC +04:00)
"BakuBus" Naxçıvana sərnişin daşıyacaq - AYNA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

"BakuBus" MMC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı-Naxçıvan istiqamətində avtobusla sərnişin daşınmasına dair elan etdiyi müsabiqədə qalib gəlib.

Trend bu barədə AYNA-ya istinadən xəbər verir.

Məlumata görə, yanvarın 1-dən Bakıdan Naxçıvana reyslər “Neoplan” markalı müasir və komfortlu avtobuslarla həyata keçiriləcək.

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Naxçıvana səfərlər hər gün reallaşır. Reyslər sərnişin tələbatına uyğun olaraq tənzimlənir. Biletlərin qiyməti 30 manatdır və “biletim.az” portalı üzərindən onlayn qaydada, həmçinin avtovağzalların kassalarından əldə olunur.

Bakı-Naxçıvan-Bakı reysi üzrə fəaliyyət göstərən avtobuslar İran ərazisindən keçməklə ümumilikdə 645 kilometr məsafə qət edir. 2024-cü ildə Bakı-Naxçıvan müntəzəm avtobus marşrutu ilə təxminən 61 500 sərnişin daşınıb.

Qeyd edək ki, şəhərlərarası sərnişindaşıma xidməti göstərən avtobus parkının yenilənməsi, ictimai nəqliyyatın əlçatanlığının təmin olunması AYNA tərəfindən daim diqqətdə saxlanılır. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti